ELM VƏ TƏHSİL


İqtisadiyyat və idarəetmə sahəsində tədqiqatçıların IV beynəlxalq elmi konfransı keçiriləcək

Bakı, 17 iyun, AZƏRTAC

İyunun 23-26-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə iqtisadiyyat və idarəetmə sahəsində tədqiqatçıların IV beynəlxalq elmi konfransı keçiriləcək.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfransa ABŞ, Almaniya, Fransa, İtaliya, İsveçrə, Çin, Macarıstan, Polşa, İspaniya, İsrail də daxil olmaqla, dünyanın 30-a yaxın ölkəsindən 600-dən çox tədqiqat işi təqdim edilib. Həmin məruzələrdən elm komitəsi tərəfindən seçilmiş ən keyfiyyətli məqalələr “Scopus” platformasında indekslənəcək.

Konfransda seçilmiş tədqiqat işlərindən ibarət “Qarabağ və Şərqi Zəngəzurda investisiyalar”, “Qarabağda biznes mühiti və KOB-ların inkişafı” və “Qarabağın iqtisadi potensialının sektoral qiymətləndirilməsi” adlı kitabların təqdimatı keçiriləcək.

Tədbirdə 50-dən çox tanınmış mütəxəssisin iştirakı ilə aktual mövzularda vorkşoplar da təşkil olunacaq.

Konfrans çərçivəsində yerli və beynəlxalq nüfuzlu qurumların iştirakı ilə “Green Day” təşkil olunacaq ki, burada yaşıl iqtisadiyyat və yaşıl artımla bağlı mövzuların müzakirəsi aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.