CƏMİYYƏT


İradə İbrahimova: Lənkəranda baş verən yanğın söndürülüb, Yardımlıda isə lokallaşdırılıb

Bakı, 4 avqust, AZƏRTAC

Lənkəranda baş verən yanğın söndürülüb, Yardımlıda isə lokallaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

İ.İbrahimova nazirliyin rəhbər heyətinin və əlaqədar struktur bölmələrin rəhbərlərinin hadisə yerində olduğunu qeyd edib: “Hazırda Yardımlıdakı yanğının tam söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülür. Hər birimiz bilirik ki, təbiətdə baş verən yanğınların böyük əksəriyyətində insan amili var. Hamımız hər hansı bir şəxsin bilərəkdən və ya bilməyərəkdən törətdiyi əməlin fəsadı qarşısında aciz qalırıq. Bütün bunları nəzərə alaraq vətəndaşlarımızdan xahiş edirik odla həddən artıq ehtiyatlı davransınlar ki, sonradan heyfslənməyək, gözümüzün qabağında külə çevrilən yaşıllıqların qarşısında məyus olmayaq!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.