SİYASƏT
İrakli Kobaxidze: Azərbaycanlılar Gürcüstanın inkişafında xüsusilə fərqlənirlər
Tbilisi, 21 mart, AZƏRTAC
Biz Gürcüstanda vətəndaşlarımızın normal, rahat yaşamaları üçün hər cür şərait yaradırıq. Azərbaycanlılar güclü Gürcüstan dövlətinin yaradılmasında və inkişafında xüsusilə fərqlənirlər. Biz azərbaycanlılarla birlikdə ölkəmizin gələcəyini qururuq və birlikdə vahid Gürcüstanda yaşayacağıq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin Novruz bayramı ilə əlaqədar azərbaycanlılara ünvanladığı təbrik məktubunda bildirilir.
Təbrik məktubunda, həmçinin deyilir: “Biz birlikdə bir ailəyik və güclü dövlət qururuq. Biz həm də, əsrlərdir ki, Novruz bayramını birlikdə qeyd edirik”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi