Gürcüstanın Baş naziri ABŞ-ın Avropa Komandanlığının rəhbəri ilə regiondakı vəziyyəti müzakirə edib
AzerTAg.az

Tbilisi, 1 dekabr, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan ABŞ-ın Avropa Komandanlığının rəhbəri general Kristofer Kavoli ilə görüşüb.
Bu barədə AZƏRTAC-ın xüsusi müxbirinə Gürcüstanın hökumət administrasiyasından məlumat verilib.
Bildirilib ki, hökumət başçısı ölkənin Avroatlantik inteqrasiya prosesinə verdiyi dəstəyə görə, generala təşəkkür edib və səfərin əhəmiyyətini vurğulayıb.
“Tərəflər əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Söhbət zamanı Ukraynadakı vəziyyət, Qara dəniz regionunda təhlükəsizliyin möhkəmləndirilməsi, bölgədə təhlükəsizlik, sülh və sabitlik məsələləri də diqqət mərkəzində olub. Baş nazir ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi güclü dəstəyə görə ABŞ tərəfinə təşəkkür edib”, - deyə məlumatda qeyd olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Xəbərin mətnində orfoqrafik səhv var