SİYASƏT


İrakli Qaribaşvili: Azərbaycan Gürcüstan üçün təkcə qonşu deyil, həm də qardaş dövlətdir

Tbilisi, 18 sentyabr, AZƏRTAC

Bu gün Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər bir çox ölkələr üçün nümunədir. Deyə bilərəm ki, Azərbaycan Gürcüstan üçün yalnız qonşu deyil, həm də qardaş dövlətdir.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Marneuli rayonunun Qızılhacılı kəndində SOCAR şirkətinin inşa etdirdiyi idman kompleksinin və futbol meydançasının açılış mərasimindəki çıxışı zamanı söyləyib.

Baş nazir deyib: “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Ölkələrimiz arasındakı dostluq münasibətləri yüksək səviyyədədir”.

Onun sözlərinə görə, SOCAR Gürcüstanda ən böyük investor şirkətlərdən biri olmaqla yanaşı, sosial layihələr də həyata keçirir. Müasir idman kompleksi Gürcüstana böyük hədiyyədir.

Baş nazir görülən işlərə, həyata keçirilən sosial layihələrə görə Azərbaycan dövlətinə və SOCAR şirkətinin rəhbərliyinə təşəkkür edib.

Bu cür layihələrin davamlı olacağına ümid etdiyini bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.