DÜNYA


İrakli Qaribaşvili: Gürcüstan regionda yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hazırdır

Tbilisi, 8 sentyabr, AZƏRTAC

Gürcüstan bölgədə sülh, sabitlik və əmin-amanlığın tərəfdarıdır. Biz, həmçinin regionda yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hazırıq.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ermənistanlı həmkarı Nikol Paşinyanla keçirdiyi brifinqdə deyib.

İ.Qaribaşvili deyib ki, Qarabağ müharibəsi bölgə üçün çətin çağırış olub. Lakin ümid edirəm ki, müharibənin başa çatması ilə yeni imkanlara yol açılacaq. Gürcüstan regionda yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hazırdır.

Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar razılaşmaya toxunan İ.Qaribaşvili deyib: “Bu, presedenti olmayan hadisə oldu. Gürcüstan bundan sonra da Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu oynamaqda davam etməyə hazırdır”.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.