DÜNYA
İrakli Qaribaşvili: Gürcüstan və Azərbaycan birgə layihələr həyata keçirməyi davam etdirəcək
Tbilisi, 6 may, AZƏRTAC
Gürcüstan və Azərbaycan birgə regional layihələr həyata keçirməyi davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili özünün “Facebook” səhifəsində Azərbaycana səfərinin nəticələri ilə bağlı şərhində yazıb.
Gürcüstan baş naziri qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə strateji tərəfdaşlıq və dostluq münasibətlərimizi müzakirə etdik. Bu görüşdə biz birgə səylərlə reallaşdırılan uğurlu regional layihələri xüsusi vurğuladıq”.
Ölkələrimizin birlikdə önəmli layihələr həyata keçirdiyini yazan İ.Qaribaşvili vurğulayıb: “Biz bunu davam etdirmək niyyətindəyik. Münasibətlərimizi daha da möhkəmləndirəcək birgə layihələr reallaşdıracağıq”.
İrakli Qaribaşvili Bakıda səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkürünü də bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]