DÜNYA


İrakli Qaribaşvili: “Türkiyə Gürcüstan üçün çox önəmli ölkə və strateji tərəfdaşdır”

Tbilisi, 1 iyun, AZƏRTAC

“Türkiyə Gürcüstan üçün çox önəmli ölkə və strateji tərəfdaşdır”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Türkiyə uzun illərdir Gürcüstanın bir nömrəli ticarət tərəfdaşıdır.

İ.Qaribaşvili Türkiyə Prezidenti ilə görüşdə bölgədəki vəziyyətin də nəzərdən keçirildiyini vurğulayıb. Bildirib ki, bölgədə sülhə başqa alternativ yoxdur. Baş nazir Gürcüstanın bütün məsələlərin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.

İrakli Qaribaşvili deyib: “Türkiyə bütün formatlarda Gürcüstanın mövqeyini və suverenliyini müdafiə edib. Eyni zamanda rəsmi Ankara bizi NATO-ya üzvlük məsələsində də müdafiə edib. Bütün bunlara görə, Türkiyə dövlətinə və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığımı bildirirəm”.

Gürcüstanın hökumət başçısı Türkiyə Prezidentini Tbilisiyə səfərə dəvət edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.