DÜNYA


İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir

Tehran, 18 yanvar, AZƏRTAC

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif xüsusi bəyanatla çıxış edərək ABŞ-dan iranlı jurnalistin təcili azad olunmasını tələb edib.

AZƏRTAC xəbər verir ki, Məhəmməd Cavad Zərif ABŞ-da iranlı jurnalist Mərziyə Haşiminin həbs edilməsini siyasi şantaj adlandırıb.

Qeyd edək ki, Melani Franklin ABŞ-da anadan olub. Sonralar daimi yaşamaq üçün İrana köçüb və Mərziyyə Haşimi adını götürərək Press TV-də jurnalist kimi fəaliyyətə başlayıb.

O, yanvarın 13-də yaxın qohumları ilə görüşmək üçün ABŞ-a yola düşüb və Sent -Luis şəhərinin aeroportunda həbs edilərək Vaşinqton türməsinə gətirilib.

Jurnalistin həbs edilməsi səbəbləri haqqında məlumat verilmir. Lakin mətbuat yazır ki, jurnalist casusluqda ittiham edilir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.