DÜNYA


İran ABŞ-ı beynəlxalq məhkəməyə verib

Tehran, 23 iyun, AZƏRTAC

İran ABŞ banklarında dondurulan 2 milyard dollarını geri almaq məqsədilə beynəlxalq məhkəməyə müraciət edib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Haaqa Məhkəməsi İranın müraciətini qəbul edib və cari ilin oktyabr ayında araşdırma başlayacaq.

Xatırladaq ki, 2015-ci ildə İran ilə Qərb ölkələri arasında “İranın nüvə proqramının məhdudlaşdırılması” haqqında imzalanan razılaşmadan sonra bir sıra ölkələrin banklarında İrana məxsus dondurulmuş hesablar açılıb. ABŞ öz banklarındakı vəsaitin bir hissəsini qaytarsa da, 2 milyard dolları qaytarmaqdan imtina edib. Rəsmi Vaşinqton bu vəsaiti müsadirə edərək dünyanın müxtəlif yerlərində törədilən terror aktlarında zərər çəkən ailələrə kompensasiya vermək istəyində olduğunu bildirib. Lakin İran bu vəsaiti məhkəmə yolu ilə almaq qərarına gəlib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.