DÜNYA


İran ABŞ-ın iddialarına cavab verib

Tehran, 17 aprel AZƏRTAC.

ABŞ Dövlət katibi Mayk Pompeonun aprelin 16-da səsləndirdiyi “İran rejimi təhlükəlidir və dəyişməlidir” iddiasına bu gün İranın Xarici İşlər Nazirliyi cavab verib.

AZƏRTAC xəbər verir ki, İran tərəfinin cavabını XİN-in mətbuat katibi Seyid Abbas Musəvi bəyan edib. O bildirib ki, əgər rejim dəyişikliyindən söhbət gedirsə, onda ABŞ rejiminin dəyişməsi daha vacibdir. Onun sözlərinə görə, ABŞ-ın beynəlxalq qanunları pozması beynəlxalq təşkilatlar və ayrı-ayrılıqda dünya dövlətləri tərəfindən dəstəklənmir. Məhz ABŞ-ın siyasəti nəticəsində münaqişələr və çevrilişlər baş verir, dövlətlər hərbi müdaxiləyə məruz qalaraq dağıdılır. Bu gün bölgədə baş verən və günahsız insanların qətlə yetirilməsi ilə müşahidə edilən qanlı münaqişələr ABŞ-ın xarici siyasətinin nəticəsidir. Belə olan halda, İranın deyil, ABŞ-ın rejiminin dəyişilməsi qaçılmazdır.

S.A. Musəvi diqqətə çatdırıb ki, İran bu gün də, gələcəkdə də öz hüquqlarını beynəlxalq qanunlar çərçivəsində müdafiə edəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.