DÜNYA
İran-Əfqanıstan sərhədində silahlı toqquşma baş verib
Tehran, 22 iyun, AZƏRTAC
İran ilə Əfqanıstan sərhədində silahlı toqquşma baş verib. Nəticədə iki iranlı sərhədçi həlak olub.
İranın sərhəd qoşunları komandanı general-mayor Qasım Rzayi mətbuata açıqlamasında bildirib ki, sərhədçilər İran-Əfqanıstan sərhədində narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan silahlı dəstə ilə toqquşub. Qaçaqmalçılar İranın Sistan və Bəlucistan bölgəsinə qanunsuz narkotik maddə və silah-sursat keçirməyə cəhd göstəriblər, lakin bu zaman xidmət aparan sərhədçilərin müqavimətinə rast gəliblər. Silahlı toqquşma nəticəsində iki qaçaqmalçı məhv edilib. Qalanları isə yüklərini ataraq Əfqanıstan tərəfə qaçıblar. Yüklərə baxış zamanı müxtəlif tipli narkotik maddə və silah aşkar edilərək götürülüb. General-mayor təəssüf hissi ilə qeyd edib ki, silahlı toqquşmada iki iranlı sərhədçi də həlak olub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [18:43]
Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq
- 29.03.2024 [17:49]
Rusiya XİN: Ermənistan quru yerdə qala bilər
- 29.03.2024 [17:37]
Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]