İQTİSADİYYAT
İran-Azərbaycan-Rusiya dəmir yolu ilə süd məhsulları və meyvə yükdaşımaları artıb
Bakı, 3 sentyabr, AZƏRTAC
“ADY Express” MMC-nin Azərbaycandan tranzit rejimində nəql etdiyi bir sıra yük növlərində artım müşahidə olunub. Bunu ilk növbədə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçirilən yükdaşımalara aid etmək olar.
MMC-dən AZƏRTAC-a bildirilib ki, Astara yük terminaldan keçərək, İran-Azərbaycan-Rusiya marşrutu ilə nəql olunan süd məhsulları və meyvə yükdaşımalarında artım müşahidə olunur. “ADY Express” artıq İrandan Rusiyaya 1000 ton quru süd və pendir nəql edib. Bununla yanaşı, şirkət 2 ay ərzində Astaradan Həştərxana 5050 ton meyvə nəql etməyə müvəffəq olub.
Yükdaşımalar şirkətin təqdim etdiyi refsekisyalarla (refrijerator vaqonlar) həyata keçirilib. Vaqonlar Astara (İran) yük terminalında yüklənərək “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə təyinat nöqtələrinə nəql edilib.
Bununla yanaşı “ADY Express”, Astara-Ələt-Xəzər Dənizi-Qazaxıstan-Tacikistan marşrutu ilə Azərbaycandan tranzit rejimində keçməklə İrandan Tacikistana biskvit və çay nəql edib ki, bu da həm seçilən marşrut, həm də daşınan yük növündə yenilik idi. Bu yüklər də, şirkətin təqdim etdiyi refsekisyalarla daşınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]