İQTİSADİYYAT


İran Azərbaycan dilində müntəzəm yayımlanan televiziya kanalı açacaq

İran Azərbaycan dilində müntəzəm yayımlanan televiziya kanalı açacaq

Bakı, 4 noyabr, AZƏRTAC

İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqaminin Bakıya səfərinin nəticəsi olaraq İranda Azərbaycan dilində müntəzəm yayımlanan yeni televiziya kanalının açılması nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov məlumat verib. O, həmçinin bildirib ki, İran televiziya kanallarının “Azerspace” peyki vasitəsilə yayımlanmasına dair razılıq əldə olunub. Səfər çərçivəsində radio-televiziya verilişlərinin, uşaq proqramlarının, animasiya, sənədli və bədii filmlərin mübadiləsi, qarşılıqlı olaraq ölkə televiziyalarında yayımlanması da razılaşdırılıb. Yaxın günlərdə İranın mütəxəssis heyəti Azərbaycana gəlməsi və müvafiq danışıqlar aparılması gözlənilir.

Qeyd edək ki, Azərbaycan və İran birgə yayım komissiyasının təsis olunması haqqında protokol imzalanıb. Protokola əsasən, iki ölkə arasında birgə yayım sahəsində dövlətlərarası müqavilənin imzalanması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.