İQTİSADİYYAT


İran, Azərbaycan və Rusiyanın yükdaşımalarının tənzimlənməsi ilə bağlı sənədlər hazırlanacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Rusiyada səfərdə olub

Bakı, 27 may, AZƏRTAC

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada səfərdə olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində R.Quluzadə Rusiya Federasiyasının Nəqliyyat naziri Yevgeni Ditrix ilə ikitərəfli görüş keçirib. Moskvada baş tutan görüşdə Azərbaycanla Rusiya arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri, eləcə də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə tranzit yükdaşımalarının həcminin artırılması istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətləri Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan) – “Yaraq-Qazmalar” (Rusiya) buraxılış məntəqələri ərazisində Samur çayı üzərində tikilən körpünün istismara verildikdən sonra istifadəsi və “Platon” sistemi haqqında danışıqlar aparıb. Eyni zamanda, Xəzər dənizində birgə xilasetmə işlərinin təşkil olunması, hava daşımalarında və nəqliyyatın rəqəmsallaşdırılması sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Tərəflər İran, Azərbaycan və Rusiya arasında yükdaşımalarının tənzimlənməsi ilə bağlı işçi qrupunun danışıqlar aparması və sənədlərin hazırlanması barədə də razılığa gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.