DÜNYA


İran Beynəlxalq Dəniz Təşkilatına şikayət edib

Tehran, 10 noyabr, AZƏRTAC

İranın Böyük Britaniyadakı səfiri Həmid Bəynejad Beynəlxalq Dəniz Təşkilatına ABŞ-dan şikayət edib.

AZƏRTAC xəbər verir ki, təşkilatın rəhbərliyinə ünvanladığı məktubda səfir İranın gəmiçilik sektoruna tətbiq edilən sanksiyaların beynəlxalq hüquqa zidd olduğunu əsaslandırıb. Səfir təşkilatın rəhbərliyindən tələb edib ki, ABŞ-ın İranın gəmiçilik sahəsinə tətbiq etdiyi sanksiyaların qanunsuz olması haqqında rəy versin. Təşkilatdan bildiriblər ki, səfirin müraciəti təşkilatın assambleyasının iclasına çıxarılacaq və müzakirə ediləcək.

Xatırladaq ki, mərkəzi qərargahı Londonda yerləşən Beynəlxalq Dəniz Təşkilatına dünyanın 180-dan çox dövləti daxildir. İranın Böyük Britaniyadakı səfiri, eyni zamanda, İranın Beynəlxalq Dəniz Təşkilatındakı təmsilçisidir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.