DÜNYA


İran Böyük Britaniyaya və Norveçə nota verib

Tehran, 25 sentyabr AZƏRTAC

Böyük Britaniyanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona hökumətin kəskin etirazı çatdırılıb.

AZƏRTAC İran XİN-ə istinadla xəbər verir ki, səfirin nəzərinə Böyük Britaniya televiziya kanallarında sentyabrın 16-dan başlayaraq İranın müxtəlif şəhərlərində baş verən iğtişaşların qeyri-obyektiv və qərəzli işıqlandırılması çatdırılıb. Bildirilib ki, Londonda fəaliyyət göstərən farsdilli televiziyalar baş verən hadisələrin mahiyyətinə varmadan İran hökumətini ittiham edir. Rəsmi Tehran bu kimi halları ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirir və həmin televiziya kanallarının fəaliyyətinin dərhal dayandırılmasını tələb edir.

Böyük Britaniyanın İrandakı səfiri rəsmi Tehranın etirazını dərhal hökumətə çatdıracağını bildirib.

Həmin gün Norveçin İrandakı səfiri də XİN-ə çağırılıb və ona da etiraz notası təqdim olunub. Məlumat verilib ki, Norveç parlamentinin sədri İranda baş verən hadisələri daha da qızışdırmaq üçün bəyanatlar səsləndirib ki, bu da birbaşa ölkənin daxili işlərinə qarışmaq deməkdir. Norveçin səfiri də İran hökumətinin etirazını öz hökumətinə çatdıracağını deyib.

Qeyd edək ki, bəzi balaca şəhərlər istisna olmaqla, İranın böyük şəhərlərində bu gündən etirazlar səngiyib. Tehranda, Təbrizdə, İsfahanda, Şirazda və digər şəhərlərdə polis qüvvələri mərkəzi küçələrdə növbə çəkir. Bu gün İranın heç bir şəhərində etiraz aksiyası keçirilməyib.

İğtişaşlar zamanı polisə qarşı soyuq silah tətbiq edənlər, dövlət və xüsusi mülkiyyətə zərər vuranlar həbs edilib, istintaq aparılır. İranda tədricən ictimai-siyasi sabitlik bərpa olunur.

 
Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.