İQTİSADİYYAT


İran OPEC-in neft hasilatının azaldılmasına dair alacağı qərar üzrə güzəşt istəyir

Bakı, 6 dekabr, AZƏRTAC

İran Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hasilatın azaldılmasına dair alacağı qərar çərçivəsində bu ölkəyə güzəşt olunmasını istəyir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri Vyanada keçiriləcək OPEC Nazirlər Şurasının 175-ci iclasından öncə jurnalistlərə müsahibəsində İranın neft naziri Bijən Namidar Zəncənə deyib.

Nazir ABŞ-ın ölkəsinə tətbiq etdiyi sanksiyalarla əlaqədar OPEC-in neft istehsalının azaldılmasına dair alacağı qərar çərçivəsində İrana güzəşt olunmasını istəyir: “Qeyri-qanuni sanksiyalar davam etdiyi təqdirdə İran gələcəkdə neft istehsalının səviyyəsinin azaldılmasına dair hər hansı qərardan azad olunmalıdır”.

O, daha sərt bəyanatla çıxış edərək deyib: “İrana qarşı sanksiyalar davam etdiyi təqdirdə bu ölkənin OPEC üzrə kvotası heç kimlə müzakirə olunmayacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.