DÜNYA


İran Prezidenti İbrahim Rəisi: Xəzər dənizi sahilyanı ölkələrin ümumi irsidir

Tehran, 29 iyun, AZƏRTAC

Xəzər dənizi sahilyanı ölkələrin ümumi irsidir və bu dənizdən 270 milyondan çox insan bəhrələnir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi Aşqabadda jurnalistlərə müsahibəsində deyib. Prezident diqqətə çatdırıb ki, Xəzəryanı dövlət başçılarının Aşqabadda keçirilən Zirvə toplantısında nəqliyyat, tranzit, ticarət, canlı resursların idarə edilməsi, ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunacaq. Bununla yanaşı, təhlükəsizlik məsələsi də nəzərdən keçiriləcək.

İran Prezidenti vurğulayıb ki, rəsmi Tehran bütün Xəzəryanı dövlətlərlə yaxşı münasibətlərə malikdir. O, bu münasibətlərin qorunması və əlaqələrin daha da möhkəmlənməsi istiqamətində aparılacaq danışıqların faydalı olacağına inandığını bildirib.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.