DÜNYA


İran Prezidenti İstanbula yola düşüb

Tehran, 18 may, AZƏRTAC

Bu gün İran İslam Respublikasının Prezidenti Həsən Ruhani İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə Sammitində iştirak etmək məqsədilə İstanbula yola düşüb.

AZƏRTAC xəbər verir ki, Sammitdə Fələstində baş verən hadisələr, ABŞ-ın səfirliyinin Qüdsə köçürülməsi kimi məsələlər nəzərdən keçiriləcək. Prezident Ruhani İran İslam Respublikasının bu məsələlərlə bağlı mövqeyini Sammit iştirakçılarının diqqətinə çatdıracaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.