DÜNYA
İran Prezidenti Moskvaya səfər edəcək
Tehran, 18 yanvar, AZƏRTAC
İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi yanvarın 19-da Rusiya Federasiyasına işgüzar səfər edəcək.
AZƏRTAC İran mətbuatına istinadla xəbər verir ki, səfər Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə həyata keçəcək. Prezident İbrahim Rəisinin rəhbərlik etdiyi İran nümayəndə heyətinin tərkibində neft naziri Cavad Ovci və iqtisadiyyat naziri İhsan Handuzi də olacaq.
İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadənin verdiyi açıqlamaya əsasən, prezidentlərin Moskvada baş tutacaq görüşündə müxtəlif məsələlər üzrə müzakirələr aparılacaq. Qarşılıqlı əməkdaşlıqla əlaqədar olaraq, ticarət və nəqliyyat sahələrindəki əlaqələrin daha da yaxınlaşması müzakirə mövzusu olacaq.
Görüşdə regional təhlükəsizlik məsələsinə də toxunulacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]