SİYASƏT


İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycana səfəri gözlənilir

Bakı, 15 yanvar, AZƏRTAC

Yanvarın 16-da İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Hüseyn Baqerinin yüksək rütbəli hərbçilərdən ibarət nümayəndə heyəti ilə Azərbaycan Respublikasına səfəri planlaşdırılır.

İranın ölkəmizdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə təşkil olunacaq səfər çərçivəsində nümayəndə heyətinin bir sıra görüşləri nəzərdə tutulub.

İkigünlük səfər çərçivəsində Azərbaycan ilə İran arasında müdafiə sahəsində mövcud əlaqələr və işbirliyi, sərhəd əməkdaşlığı, terrorizmə qarşı mübarizə və regionda baş verən hadisələr haqqında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, bu, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Hüseyn Baqerinin Azərbaycana ilk səfəridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.