DÜNYA


İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Çinə səfər edib

Tehran, 11 sentyabr, AZƏRTAC

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri Çinə səfər edib.

AZƏRTAC xəbər verir ki, İran ordusunun yüksək rütbəli generalları ilə Çinə səfər edən M.Baqeri regional və qlobal prosesləri müzakirə edəcək.

İran mətbuatında yer alan xəbərlərdə bildirilir ki, İran ilə Çin arasında iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Növbəti mərhələdə isə rəsmi Tehran və Pekin regionda baş verən hərbi-siyasi prosesləri nəzərə alaraq hərbi sahədə də münasibətləri daha da yaxınlaşdırmaq qərarına gəliblər.

Hələ 2016-cı ildə İran ilə Çin arasında müdafiə sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmin dövrdə Çinin Müdafiə naziri və Dövlət Şurasının üzvü general Çan Vançyun qeyd etmişdi ki, iki dövlətin qarşılıqlı münasibətlərinin yaxınlaşmasında bu memorandum mühüm rol oynayacaq.

İranlı generalın Çinə budəfəki səfəri onu deməyə əsas verir ki, hər iki dövlət regiondakı maraqlarını birlikdə qorumağa hazırlaşırlar.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.