DÜNYA


İran Türkiyə Prezidentinin “Dünya beşdən böyükdür” siyasi tezisini dəstəkləyir

Tehran, 4 dekabr AZƏRTAC

İran İslam Şurası Məclisinin (parlamentin) sədri Əli Laricani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” siyasi tezisini dəstəklədiyini bildirərək BMT-nin Təhlükəsizlik Şurasında (TŞ) dəyişiklik edilməsinin zəruri olduğunu deyib.

AZƏRTAC-ın məlumatına görə, Ə.Laricani parlamentdə keçirdiyi mətbuat konfransında diqqətə çatdırıb ki, BMT TŞ-nin birtərəfli qərarları ona olan güvəni çoxdan itirib. Artıq dünya xalqları BMT-yə etibar etmirlər. Bu beynəlxalq qurumun nüfuzdan düşməsinin və etimadını itirməsinin nəticəsidir ki, dövlətlər regional təşkilatlar yaradaraq problemləri həmin təşkilatlarda həll etməyə çalışırlar. Buna misal olaraq Ə.Laricani Şanxay Əməkdaşlıq Təşkilatını, Suriya probleminin həlli üçün yaradılmış “Astana prosesi”ni göstərib.

İran parlamentinin spikerinin fikrincə, bu kimi regional təşkilatların sayı artacaq. Çünki dövlətlər aydın şəkildə görürlər ki, dünyada beynəlxalq hüququn deyil, gücün üstünlüyü əsas götürülür. Buna görə də dövlətlər problemləri BMT-də yox, öz aralarında həll etmək məcburiyyətində qalırlar.

Xatırladaq ki, BMT TŞ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 4 qətnamə qəbul edib. Bu qətnamələrdə Ermənistan silahli qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılmaları tələb olunur. Lakin Ermənistan bu qətnamələrin müddəalarını yerinə yetirməkdən boyun qaçırır. BMT TŞ-nin üzvü olan həmin 5 dövlətdən heç biri Ermənistana təsir göstərmir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.