DÜNYA


İran XİN: Biz Rusiyanın Xəzər dənizində əməkdaşlıq strukturunun yaradılması təklifini dəstəkləyirik

İran XİN: Biz Rusiyanın Xəzər dənizində əməkdaşlıq strukturunun yaradılması təklifini dəstəkləyirik

Tehran, 28 iyun, AZƏRTAC

Biz Rusiyanın Xəzər dənizində əməkdaşlıq strukturunun yaradılması haqqında irəli sürdüyü təklifi dəstəkləyirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Aşqabadda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin bu gün keçirilən görüşündə deyib.

İranlı nazir vurğulayıb ki, bu təklifin icrası Xəzər dənizinin ətrafındakı dövlətlər arasındakı əməkdaşlıq əlaqələrini gücləndirəcək və davamlı təhlükəsizliyi təmin edəcək.

Qeyd edək ki, iyunun 29-da Aşqabadda Xəzəryanı dövlətlərin prezidentlərinin Zirvə toplantısı keçiriləcək. Zirvə toplantısında Xəzər dənizində əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə ediləcək. Zirvə toplantısı çərçivəsində dövlət başçılarının ikitərəfli görüşləri də nəzərdə tutulub. Bu gün isə Aşqabada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.