DÜNYA


İran XİN: Yaxşı olar ki, Avropa İttifaqı ölkələri öz problemlərinin həlli ilə məşğul olsun

Tehran, 22 noyabr, AZƏRTAC

İran Avropa İttifaqını başqa dövlətlərin daxili işinə qarışmamağa çağırıb.

AZƏRTAC xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Avropa dövlətləri, ilk növbədə, öz vətəndaşlarının hüquqlarının qorunmasının qayğısına qalsınlar. Hər gün Avropa dövlətlərində kütləvi etiraz aksiyaları keçirilir. Polis bu aksiyaları dağıtmaq üçün zor tətbiq edir. Polis ilə qarşıdurmada həbs olunanlar və ölənlər olur. Yaxşı olar ki, Avropa öz problemlərinin həlli ilə məşğul olsun.

A.Müsəvi bildirib ki, Avropa İrana ABŞ tərəfindən tətbiq olunan sanksiyaları dəstəkləməklə insan hüquqlarını pozur.

Qeyd edək ki, İranda benzinin qiymətinin qalxması nəticəsində ölkədə kütləvi etiraz aksiyaları keçirilib. Bu aksiyalarda polislə etirazçılar arasında qarşıdurma yaşanıb.

Hadisədən iki gün sonra Avropa İttifaqı İranda baş verən hadisələrə dair bəyanat verərək vətəndaşların azad toplaşmaq hüququnu pozmaqda, zor tətbiq etməkdə və interneti kəsdiyinə görə rəsmi Tehranı tənqid edib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.