DÜNYA


İran Yunanıstana etiraz notası verib

Tehran, 26 may, AZƏRTAC

Yunanıstanın müvəqqəti işlər vəkili İranın Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

AZƏRTAC xəbər verir ki, notada İran bayrağı altında üzən yük gəmisinin Yunanıstan tərəfindən saxlanılmasının və yükünün müsadirə edilməsinin beynəlxalq dənizçilik qanunlarına zidd olduğu bildirilib. Yunanıstanın bu hərəkatı soyğunçuluq kimi qiymətləndirilir. Rəsmi Afina imzalanan beynəlxalq konvensiyaya görə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və gəmini azad etməlidir. İran tərəfi Yunanıstandan düşünülmüş və konstruktiv addım gözləyir.

Yunanıstanın müvəqqəti işlər vəkili İran hökumətinin etirazını öz hökumətinə çatdıracağını bildirib.

Qeyd edək ki, İranın yüklə dolu ticarət gəmisi beynəlxalq normalara uyğun qaydada Yunanıstanın ərazi sularından keçərkən sahil mühafizə xidməti tərəfindən saxlanılıb.

Yunanıstan isə İrana qarşı tətbiq olunan sanksiyaları əsas götürərək bu addımı atdığını bildirib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.