DÜNYA


İran həkimləri BMT Baş katibinə məktub ünvanlayıblar

Tehran, 23 may, AZƏRTAC

İranın Tibb Təşkilatlarının Assosasiyası BMT-nin Baş katibi Antonio Quterreşə məktub ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, İranın 700 nəfər görkəmli həkiminin imzası ilə yazılan məktubda BMT Baş katibindən İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasına köməklik göstərməsi xahiş olunub.

Nəzərə çatdırılıb ki, koronavirus pandemiyasının dövründə tətbiq edilən iqtisadi sanksiyalar virusa qarşı aparılan mübarizəni çəniləşdirib. İnsanlar sadə dərmanların çatışmazlığı ucbatından həlak olurlar. Müalicənin davam etdirilməsi üçün dərman preparatları çatışmır.

Məktubu imzalayanlar qeyd ediblər ki, İrana qarşı tətbiq edilən sanksiyalar beynəlxalq qanunlara zidd olmaqla yanaşı, həm də qeyri-insani xarakter daşıyır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.