İQTİSADİYYAT


İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 400 milyon dollara çatıb

Tehran, 19 oktyabr, AZƏRTAC

Cari ilin ötən 8 ayında İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 400 milyon dollara çatıb.

Bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.

Səfir bildirib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının səyləri nəticəsində iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Bu inkişaf ticarət dövriyyəsinin artmasına səbəb olub.

C.Cahangirzadə İran iş adamlarına müraciət edərək deyib ki, Azərbaycan vasitəsilə iş adamları üçüncü ölkələrin bazarlarına çıxış əldə edə bilərlər. Azərbaycanda tranzit üçün yaxşı imkanlar mövcuddur.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.