DÜNYA


İran ilə Roma arasında avianəqliyyat bərpa olunur

Roma, 10 noyabr, AZƏRTAC 

İranın ən böyük hava yolu şirkəti olan “İran Air” Romaya birbaşa uçuşlarını bərpa edəcək. Bu barədə şirkətin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Məsumə Əsgərzadə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, reyslər həftənin bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.

Reyslərin ləğvi İrana qarşı sanksiyaların tətbiqi ilə əlaqədar idi.

Hazırda iki ölkə arasında Tehran-Milan üzrə birbaşa reyslər fəaliyyət göstərir.

Uçuşların bərpası ilə bağlı razılıq İranın digər aviaşirkətinə - “Mahan Air”ə şamil olunmayıb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.