DÜNYA
İran ilə Rusiya arasında hərbi-texniki əməkdaşlıq əlaqələri daha da genişləndirilir
Tehran, 3 iyun, AZƏRTAC
İran ilə Rusiya arasında hərbi-texniki əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələsi müzakirə olunub.
AZƏRTAC İRNA saytına istinadla xəbər verir ki, hərbi əməkdaşlıq barədə müzakirələr Moskvada İranın müdafiə nazirinin müavini Höcətullah Kureyiş ilə Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin arasında keçirilən görüşdə aparılıb.
Görüşdə İran-Rusiya hərbi əməkdaşlığının perspektivləri ilə yanaşı, regional təhlükəsizlik məsələləri də müzakirə mövzusu olub.
Qeyd edilib ki, hər iki dövlət siyasi, iqtisadi əlaqələrlə yanaşı, müdafiə sahəsində də geniş əməkdaşlıq münasibətləri qurmalıdırlar.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran