DÜNYA


İran ilə Türkiyə arasındakı sərhəd-keçid məntəqəsi açılıb

Tehran, 4 iyun, AZƏRTAC

İran ilə Türkiyə arasındakı Bəzarqan sərhəd-keçid məntəqəsi iyunun 4-də açılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Bəzarqan sərhəd-keçid məntəqəsinin rəisi Sadiq Namdar məlumat verib. O bildirib ki, birinci mərhələdə yük avtomobillərinin gediş-gəlişi təmin ediləcək. Hər bir avtomobil məntəqədə yaradılmış mərkəzdə dezinfeksiya edilərək ölkəyə buraxılacaq. İkinci mərhələ də isə vətəndaşların qarşılıqlı gedişi-gəlişinə icazə veriləcək.

Rəisin sözlərinə görə, üç ay bağlı qaldıqdan sonra məntəqənin açılışı zamanı bəzi texniki tədbirlər görülüb, kompüter avadanlığı yenilənib.

İran ilə Türkiyə arasındakı Bəzarqan sərhəd-keçid məntəqəsi İranın Qərbi Azərbaycan vilayətində Urmiya şəhərinin yaxınlığında yerləşir. Bu məntəqə ölkələrin qarşılıqlı ticarət əlaqələrinin inkişafında mühüm rol oynayır.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.