DÜNYA


İran insan hüquqları məsələsində Avropanı kəskin tənqid edib

Tehran, 6 iyun, AZƏRTAC

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Avropa dövlətlərini ikili standartlar siyasətindən çıxış etmələrinə görə kəskin tənqid edib.

AZƏRTAC xəbər verir ki, M.C.Zərif ABŞ şəhərlərində baş verən etiraz aksiyalarında polisin insanlara qarşı qəddar davranmasına Avropa İttifaqının göz yumduğunu bildirib. Nazir qeyd edib ki, dünyanın üçüncü ölkələrində polisin kiçik bir yanlışlığı olarsa, Avropa dövlətləri bir-birinin ardınca bəyanatlar yağdırıb, həm dövləti insan hüquqlarını pozmaqda ittiham edəcək, onu sanksiyalarla hədələyəcəklər. Lakin ABŞ-da insanın polis tərəfindən öldürülməsi faktı aşkar şəkildə ortada olduğu halda heç bir Avropa dövləti nədənsə səsini çıxarmır.

M.Z.Zərif özünün “Twitter” hesabında yazıb ki, əgər Avropa ABŞ-da baş verənlərə qarşı susursa, onda ağzını və gözünü həmişəlik bağlamalıdır. Gələcəkdə hər hansı bir ölkədə insan hüquqlarının pozulmasından söhbət gedərsə, Avropa dövlətlərinin buna münasibət bildirmək üçün haqları çatmayacaq.

Qeyd edək ki, ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən şübhəli bilinərək saxlanılması zamanı ölməsi kütləvi etiraz aksiyalarına səbəb olub. Polis bu aksiyalar zamanı da qəddar davranış nümayiş etdirib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.