İDMAN
İran komandaları və idmançılarına Türkiyəyə getmək qadağan olunub
Bakı, 21 dekabr, AZƏRTAC
İran komandaları və idmançılarına Türkiyəyə getmək qadağan olunub.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, İran İdman Nazirliyi ölkəsindəki bütün federasiyalara Türkiyəyə səfər etmək qadağası ilə bağlı rəsmi təlimat verib.
Nazirliyin məlumatında bildirilib ki, bu qadağa Türkiyədəki hazırkı vəziyyət və yerli komandalar, eləcə də idmançıların təhlükəsizliyini qorumaq məqsədilə qəbul edilib.
Yalnız nazirlik tərəfindən bu qadağa aradan qaldırıldıqda, komandalar və idmançılar Türkiyəyə yollana biləcəklər.
Məlumatı İRNA-ya açıqlamasında İranın Ankaradakı səfirliyindən də təsdiqləyiblər.