SİYASƏT


İran mətbuatı Azərbaycan Ordusunun əks-hücum əməliyyatından yazır

Tehran, 28 sentyabr, AZƏRTAC

İran mətbuatı Azərbaycan Ordusunun Ermənistanın işğalı altındakı ərazilərimizin azad edilməsi üçün həyata keçirdiyi əks-hücum əməliyyatlarından yazıb.

Bu ölkənin İRNA, “Mehr”, “Tasnim”, “İlna”, “Mizan oline”, “Shafaqan” və digər saytları AZƏRTAC-a istinadla yaydıqları materiallarda Azərbaycan Ordusunun bütün cəbhə boyunca əks hücuma keçərək Ermənistan silahlı qüvvələrini ağır itkilərə məruz qoyduğu, düşmənin geri çəkilmək məcburiyyətində qaldığı bildirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Silahlı Qüvvələri bir sıra yaşayış məntəqələrini işğaldan azad edib.

İRNA agentliyində dərc olunan analitik məqalədə isə bildirilib ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir uğurlu addım ata bilməyib.

Materiallarda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin hərbi əməliyyatlara görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyü barədə bəyanatı da yer alıb.

Qeyd edək ki, Ermənistanın təxribatları nəticəsində başlayan hərbi əməliyyatlara münasibət bildirən İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə rəsmi Tehranın problemin sülh yolu ilə həllinə tərəfdar və tərəflər arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.