CƏMİYYƏT
İran mətbuatı Dünya dini liderlərinin II Bakı Sammitindən yazır
Tehran, 14 noyabr, AZƏRTAC
İran mətbuatı Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitinə geniş diqqət ayırıb.
AZƏRTAC xəbər verir ki, İRNA, Mehr, Fars News xəbər agentlikləri, İRİB və İRİNN televiziya kanallarında yayılan xəbərlərdə qeyd edilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilir. Bu beynəlxalq tədbirdə İranı Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkmanin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Xəbərlərdə bildirilir ki, Azərbaycan Prezidentinin bu təşəbbüsü dünyada sülhün və əmin-amanlığın qorunub saxlanılmasına, müxtəlif dini baxışlara malik xalqların yaxınlaşmasına böyük töhfədir. Din xadimləri tədbir çərçivəsində qlobal xarakter daşıyan məsələləri və əməkdaşlıq əlaqələrinin genişləndirilməsini müzakirə edirlər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:53]
Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək
- 28.03.2024 [18:35]
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradılıb
- 28.03.2024 [18:28]
Canını Vətənə fəda edənlər – Elçin Şükürov
- 28.03.2024 [18:25]
Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib
- 28.03.2024 [18:17]