DÜNYA


İran milli istehsalı olan “Ko-İran Bərəkət” vaksinini bazara çıxaracaq

İran milli istehsalı olan “Ko-İran Bərəkət” vaksinini bazara çıxaracaq

Tehran, 3 fevral, AZƏRTAC

Son 24 saat ərzində İranda koronavirusa 6 min 870 nəfər yoluxub, 79 nəfər isə ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. O bildirib ki, bununla da ümumilikdə İranda yoluxanların sayı 1 milyon 438 min 286 nəfərə, yoluxaraq ölənlərin sayı isə 58 min 189-a çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 3 min 838 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 229 min 391 xəstə sağalaraq evə buraxılıb.

İran Səhiyyə Nazirliyinin əczaçılıq şöbəsinin müdiri isə jurnalistlərə bildirib ki, COVID-19 xəstələrinin müalicəsində istifadə olunan “Actemra” dərmanı əvvəllər Çindən idxal edilirdi. Lakin bu dərman preparatı artıq İranda istehsal olunur və yoluxan xəstələrin müalicəsində istifadə edilir.

İmam Xomeyni Xeyriyyə Təşkilatının icraçı direktoru Muhəmməd Mühbir bildirib ki, cari ilin aprel ayında İranın COVID-19 infeksiyasına qarşı istehsal etdiyi “Ko-İran Bərəkət” vaksini bazara çıxarılacaq. Onun fikrincə Səhiyyə Nazirliyi ilə birlikdə aprelin sonunda İranda əhalinin peyvəndlənməsi prosesinə başlanacaq. O qeyd edib ki, bu vaksin 56 könüllüyə vurulub və nəticələr gözlənilən kimi yaxşı olub.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.