İQTİSADİYYAT


İran nümayəndə heyəti Azərbaycana gələcək

Bakı, 13 mart, AZƏRTAC 

İranın iqtisadi işlər və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsəndin rəhbərlik etdiyi nümayəndə heyəti martın 14-15-də Azərbaycana gələcək.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Dövlət Komissiyasının 13-cü iclası, biznes-forum və dövlət rəsmiləri ilə görüşlər keçiriləcək. Komissiyanın ötən iclasından sonrakı dövrdə görülən işlər, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.