DÜNYA


İran ordusu qanadlı raketi sınaqdan çıxarıb

Tehran, 14 sentyabr, AZƏRTAC

İran ordusu keçirdiyi “Zülfüqar-99” hərbi təlimlərində “Qədr” qanadlı raketi sınaqdan çıxarıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Hərbi Dəniz Qüvvələri komandanının müavini admiral Şəhram İrani məlumat verib.

O bildirib ki, “Qədr” raketi 200 kilometr məsafədə yerləşən hədəfi yüksək dəqiqliklə vuraraq məhv edib. Bu raket düşməni İran sahilinə yaxınlaşmağa imkan vermir.

Qeyd edək ki, İranın Hərbi Dəniz, Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələri birgə təlim keçiriblər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.