DÜNYA


İran ordusuna yeni radar sistemi veriləcək

Tehran, 2 oktyabr, AZƏRTAC

Yaxın günlərdə “Sepər” adlı yeni radar sistemi İran ordusunun istifadəsinə veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin komandan müavini, general Əlirza Elhami verib.

O bildirib ki, sırf İran istehsalı olan radar sistemi 3000 kilometrlik məsafədə uçan obyektləri qeydə alıb, onlar barədə məlumatı qərargaha ötürəcək. Bu sistem Hava Hücumundan Müdafiə Qüvvələrinin işini asanlaşdıracaq və hərbi əməliyyatlar zamanı manevr imkanlarını artıracaq. Yeni radar sistemi İranın hava sərhədlərini mükəmməl şəkildə qoruyacaq.

General qeyd edib ki, İranın müdafiə sənayesi kompleksi, yeni texnologiyalara əsasən müdafiə üçün sursat istehsal edən 10 dövlətdən biridir. Hazırda dünyanın yalnız 5 dövləti radar sistemi istehsal etmək imkanına malikdir ki, bunlardan biri də İrandır.

General onu da nəzərə çatdırıb ki, yeni radar sistemi ilə yanaşı, yeni – “Bavar -373” tipli raket-zenit kompleksi də yaxın zamanda İran ordusunun istifadəsinə veriləcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.