DÜNYA


İran ordusunun zabiti qətlə yetirilib

Tehran, 23 may AZƏRTAC

Bir neçə saat əvvəl İran İslam İnqilabı Küşikçiləri Korpusunun (Sepah) polkovniki Həsən Səyyad Xudayari yaşadığı evin yaxınlığında güllələnərək qətlə yetirilib.

AZƏRTAC xəbər verir ki, qatillər şəxsi avtomobilinin sükanı arxasında olan polkovnikə motosikletlə yaxınlaşaraq atəş açıblar. Beş güllə yarası alan Sepahın zabiti yerindəcə ölüb.

Təcili olaraq hadisə yerinə polis və xüsusi xidmət orqanlarının nümayəndələri gəliblər. Hazırda araşdırma aparılır. Cinayətkarların axtarışı üçün təxirəsalınmaz əməliyyat başlayıb.

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə baş verən qətlə münasibət bildirib. O deyib ki, bu qətl hadisəsi terror aksiyasıdır. Onun sözlərinə görə, bu aksiya insanlığa zidd olan dəhşətli cinayətdir.

 
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.