DÜNYA


İran öz neftini birjada 67,28 dollar/barreldən satacaq

Bakı, 18 may, AZƏRTAC

İranın Neft Nazirliyi 2 milyon barrel xam nefti İran Enerji Birjasında (IRENEX) satışa çıxarmağa hazırlaşır.

AZƏRTAC İRNA-ya istinadla xəbər verir ki, mayın 21-də satışa çıxarılacaq neftin bir barrelinin qiyməti 67,28 dollar müəyyən olunub.

Xatırladaq ki, İranın Neft Nazirliyi tərəfindən ilk dəfə ötən il oktyabrın 28-də birjada neft satışa çıxarılmış və bir barrel üçün qiymət 74,85 dollar təyin olunmuşdu. Satışın 20 faizi rial, 80 faizi xarici valyuta ilə reallaşdırılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.