DÜNYA


İran öz neftini sata bilmir

İran öz neftini sata bilmir

Tehran, 10 aprel, AZƏRTAC

Artıq beşinci gündür ki, İran enerji birjasına çıxartdığı 1 milyon ton neftini sata bilmir.

AZƏRTAC xəbər verir ki, İran neftinin 1 barrelinin qiyməti dünya bazarında 63,36 dollar həcmində müəyyənləşib. Bu da digər ölkələrin neftinin qiymətindən aşağıdır. Hazırda dünya bazarında 1 barrel neftin qiyməti 70 dolları ötüb. Buna baxmayaraq, İran neftinə alıcı tapa bilmir.

İranın Milli Neft Şirkətinin nümayəndəsi Əmir Hüseyni jurnalistlərə bildirib ki, qiymətin aşağı olmasına baxmayaraq artıq 5-ci dəfədir ki, İran birjaya çıxartdığı nefti sata bilmir. Onun sözlərinə görə, satılmayan neft yenidən birjaya çıxarılacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.