DÜNYA


İran parlamenti karantin müddətini uzatmayıb

Tehran, 8 aprel AZƏRTAC.

İranda koronavirusdan ölənlərin sayı 4 mini, yoluxanların sayı isə 62 min nəfəri ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katıbi Kiyanuş Cahanpur məlumat verib. O bildirib ki, xüsusi xəstəxanalarda müalicə alan 30 mindən çox adam sağalaraq evə buraxılıb.

Bu gün İran parlamenti də fəaliyyətini bərpa edib. Parlamentin spikeri Əli Laricani və 31 deputatın koronavirusa yoluxaraq müalicədə olmalarına baxmayaraq iclas keçirilib. İclasda deputatlar hökumətin karantin müddətinin uzadılması haqqında qanun layihəsini müzakirə ediblər. Qanun layihəsini Əbdülkərim Hüseynzadə təqdim edərək karantinin uzadılmasının vacibliyini bildirib. Lakin deputatlar qanunun qəbul edilməsinin əleyhinə səs veriblər. Deputat Şahmehr Kazımzadə nəzərə çatdırıb ki, karantin iş yerlərinin bağlanmasına və iqtisadiyyata güclü zərbə vurur. Karantin müddəti uzadılsa ölkə iqtisadiyyatı tamamilə çökəcək.

Müzakirələr zamanı bəzi deputatlar hökuməti tənqid edərək koronavirusun yayılmasına çox gec reaksiya verdiyini və bu səbəbdən də virusun ölkənin bütün vilayətlərini əhatə etdiyini bildiriblər.

Koronavirusun böyük problemlər yaratmasına baxmayaraq bu gün İranın Hərbi Dəniz Qüvvələri (HDQ) yeni “Qədr” sualtı gəmini istifadəyə qəbul edib. İranın HDQ komandanı, admiral Hüseyn Xanzadə bildirib ki, heç nəyə baxmayaraq İranın silahlı qüvvələri ölkənin müdafiəsinə hər zaman hazırdır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.