DÜNYA
İran parlamentində yeni fraksiya yaradılıb
Tehran, 31 oktyabr AZƏRTAC
İran İslam Respublikasının İslam Şurası Məclisində (parlament) azərbaycanlıların kompakt yaşadıqları bölgələrdən seçilən deputatlardan ibarət yeni fraksiya yaradılıb.
Fraksiyanın nümayəndəsi Zəhra Sai yerli mətbuata açıqlamasında bildirib ki, 100 deputatın iştirakı ilə yaradılan fraksiyanın məqsədi bölgələrin problemlərini əsaslı şəkildə həll etməkdən ibarətdir.
Zəhra Sai deyib ki, bu fraksiyanın üzvlərinin parlamentin müxtəlif komissiyalarına da üzv olduqlarını nəzərə alaraq, müxtəlif sahələrə aid olan problemləri fraksiya üzvləri vasitəsi ilə həll etməyi qərara almışıq.
Z. Sai qeyd edib ki, fraksiya ölkənin milli mənafeyini mühafizə edərək milli birliyi daha da gücləndirəcək, ölkədə balanslı inkişafın təmin olunmasına yardım edəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]