DÜNYA


İran parlamentinin keçmiş sədri prezident seçilmək üçün namizədliyini irəli sürüb

Tehran, 15 may, AZƏRTAC

İran İslam Şurası Məclisinin (parlamentin) keçmiş sədri, İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyinin müşaviri Əli Laricani prezident seçkilərində namizəd kimi iştirak etmək üçün qeydiyyatdan keçib.

AZƏRTAC seçki qərargahının rəsmi nümayəndəsi İsmayıl Müsəviyə istinadla xəbər verir ki, mayın 11-dən bu günə kimi 304 namizəd qeydiyyatdan keçib. İran qanunlarına əsasən bütün namizədlərin qeydə alınmasına baxmayaraq, onlar Konstitusiyanın Mühafizə Şurası tərəfindən də nəzərdən keçiriləcək və böyük ehtimalla bir çox namizədlər çıxdaş olaraq seçkiyə buraxılmayacaq.

Nəzərə çatdıraq ki, keçmiş Prezident Mahmud Əhmədinejadın da namizədliyi qeydə alınıb. İyunun 18-də İranda 13-cü prezident seçkiləri keçiriləcək.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.