SİYASƏT


İran parlamentinin sədri Azərbaycana səfər edəcək

Tehran 7 may, AZƏRTAC

İran İslam Şurası Məclisinin (parlamentin) sədri Məhəmməd Qalibaf Azərbaycana səfər edəcək.

AZƏRTAC İran parlamentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Məhəmməd Qalibaf İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Parlament Assambleyasının mayın 17-18-də Bakıda keçiriləcək 3-cü illik iclasında iştirak edəcək.

“Postpandemiya dövründə əməkdaşlıq əlaqələri: Qarşıda duran çağırışlar və imkanlar” mövzusunda keçiriləcək iclasdan sonra İran parlamentinin sədrinin Azərbaycan rəsmiləri ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.