DÜNYA


İran polisi 1,5 ton narkotik vasitə müsadirə edib

Tehran, 20 may, AZƏRTAC

İranın Sistan-Bəlucistan vilayətindəki Zahidan şəhərində polisin həyata keçirdiyi əməliyyat nəticəsində 1,5 ton narkotik vasitə müsadirə edilib.

AZƏRTAC xəbər verir ki, qaçaqmalçılar narkotik vasitəni İrandan tranzit yol kimi istifadə edib Avropaya daşımağa cəhd ediblər. Vilayətin polis idarəsinin rəisi general Məhhəməd Qənbəri jurnalistlərə bildirib ki, operativ məlumat əsasında Əfqanıstandan İrana daxil olan iki avtomobildə aparılan yoxlama zamanı, ümumilikdə, 1,5 ton narkotik vasitə aşkar edilib. Avtomobillərin sürücüləri həbs edilib, istintaq aparılır.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.