DÜNYA


İran polisi 2 ton 605 kiloqram narkotik vasitə müsadirə edib

Tehran, 12 may AZƏRTAC.

İranın Sistan-Bəlucistan vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində 2 ton 605 kiloqram narkotik vasitə müsadirə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə vilayətin polis idarəsinin rəisi general Məhəmməd Qənbəri məlumat verib.

Rəis bildirib ki, daxil olan operativ məlumat əsasında Pakistandan İrana daxil olan 4 ədəd “Toyota” markalı yük avtomobili izlənilib. Sarvan-Zahidan yolu ilə hərəkət edən avtomobillər polis tərəfindən saxlanılıb. Avtomobillərin sürücüləri və yükü müşayiət edən adamlar qaçmağa cəhd ediblər. Lakin polisin sayıqlığı nəticəsində onlar həbs edilib. Hazırda istintaq aparılır.

General nəzərə çatdırıb ki, son illər narkotik vasitələrin Əfqanıstan və Pakistandan qaçaqmalçılıq yolu ilə İrana, buradan isə Avropaya daşınması halları artıb. İran polisi və sərhəd qoşunlarının əsgərləri dəfələrə qaçaqmalçılarla silahlı toqquşmada iştirak etmək məcburiyyətində qalıblar. Bu günə kimi dörd minə yaxın polis və sərhədçi şəhid olub. Avropa dövlətləri narkotik vasitələrin qaçaqmalçılığının qarşısını almaq üçün İrana maddi və texniki yardım edəcəklərini söz versələr də, buna əməl etmirlər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.