DÜNYA


İran polisi 2 tona yaxın narkotik maddə müsadirə edib

Tehran, 17 noyabr, AZƏRTAC

İranın Hörmüzgan vilayəti polisi keçirdiyi əməliyyat nəticəsində 1 ton 700 kiloqram narkotik vasitə müsadirə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə vilayətin polis idarəsinin rəisi, general Qulamrza Cəfəri bildirib. O qeyd edib ki, əldə edilən operativ məlumata əsasən narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan dəstənin hərəkəti izlənilib. Məlum olub ki, qaçaqmalçılar sahilə yan alan qaz tankerində 1 ton 700 kiloqram narkotiki İrana gətiriblər. Tankerə baxış zamanı narkotik vasitə aşkarlanıb və müsadirə edilib.

General bildirib ki, qaçaqmalçılar həbs olunub, hazırda onların əlaqələri araşdırılır.

İstintaq davam edir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.